İran prezidenti: “İsrail rəsmilərinin İrana hərbi müdaxilə təhdidləri təbliğat və psixoloji savaşdır”
03 oktyabr 2012 04:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İsrail rəsmilərinin İrana hərbi müdaxilə təhdidləri təbliğat və psixoloji savaşdır”. APA-nın məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, İran heç vaxt müharibə tərəfdarı olmayıb: “Ancaq ölkəmizi hər zaman yaxşı müdafiə etdik. İran xalqı bütün təcavüzkarlara peşmanedici cavab verib və bundan sonra da elə olacaq. Bir ovuc mədəniyyətsiz sionisti gətirib işğal etdikləri torpaqlarda hakim etdilər. Hətta onların başqalarını təhdid etməsinə də icazə verirlər. Buna mövcud dünya nizamı və supergüclər şərait yaradır. Ancaq belə təhdidlər İran üçün əhəmiyyətsizdir. Biz psixoloji müharibə ilə mübarizə aparırıq. Təhdidləri ciddi qəbul etməsək də, hər şeyə hazırıq”. M. Əhmədinejad deyib ki, İsrail macəra axtarır və təhdidlərin onlara heç bir faydası olmayacaq: “Müharibə istəyənlər qınaq obyektinə çevrilməlidir. İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı “qırmızı xətt" təklifi məsələyə uşaqcasına və bəsit yanaşmadır. Onun BMT Baş Assambleyasının 67-ci sessiyasındakı çıxışı zamanı təqdim etdiyi vizual görüntü iclasa qatılanlar üçün intellektual təhqir idi. Mən İsrail baş nazirinin əl işini praktik olaraq inkişaf etdirəcəyəm”.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024