Azərbaycan prezidenti İran prezidentini bu ölkənin milli bayramı münasibətilə təbrik edib

Azərbaycan prezidenti İran prezidentini bu ölkənin milli bayramı münasibətilə təbrik edib
# 10 fevral 2012 16:25 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev İranın milli bayramı - İslam inqilabı günü münasibətilə bu ölkənin prezidenti Mahmud Əhmədinejada təbrik məktubu göndərib. APA-nın məlumatına təbrik məktubunda bildirilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam inqilabı günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlər bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq, mehriban qonşuluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına sülh və rifah diləyirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR