Danimarkalı bəstəkar Bo Larsen Nigar Camalın yeni albomu üçün 7 mahnı yazacaq

Danimarkalı bəstəkar Bo Larsen Nigar Camalın yeni albomu üçün 7 mahnı yazacaq
# 02 mart 2012 16:57 (UTC +04:00)
APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Nigar Camal bu bəstəkarı özü üçün bu ilki “Dansk Melodi Grand Prix 2012”dən sonra aşkar edib və bəyənib. Beləliklə, o Nigarın yeni albomu üçün 7 mahnı yazacaq. Nigar Camalın sözlərinə görə, hər şey elə o müsabiqədə başlayıb və həmin yarışma çərçivəsində Karen Viff tərəfindən oxunulan «Universe» adlı mahnı Nigarın çox xoşuna gəlib. Sonra isə Nigar Camalın meneceri B. Larsendən qalib müğənniyə bir neçə mahnı yazmağı xahiş edib.

Bo Larsen öz Vətənində kifayət qədər populyar və sevilən bəstəkardır. O, bir çox Danimarka ulduzları üçün mahnı yazıb. Nigardan gələn təklifi isə o belə şərh edib: “Bu inanılmazdır və bu əməkdaşlıqdan çox məmnunam. “Eurovision” bizə bu şansı da qazandırdı”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR