İnzibati Xətalar Məcəlləsinə “Döymə” adlı maddə əlavə edilib

İnzibati Xətalar Məcəlləsinə “Döymə” adlı maddə əlavə edilib
# 29 iyun 2012 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə “Sağlamlıq əleyhinə olan inzibati xətalar” adlı 5.1-ci fəsil əlavə edilib. APA-nın məlumatına görə, dəyişiklik parlamentin bugünkü iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Məcəlləyə əlavə edilmiş 38-1 maddəsi “Döymə” adlanır. Döyməyə görə İnzibati Xətalar Məcəlləsində 500 manatdan 1000 manatadək cərimə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbsin tətbiqi müəyyənləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR