Azərbaycan Rəssamlar İttifaqının sədrinin itkin düşmüş oğlu tapılıb

Azərbaycan Rəssamlar İttifaqının sədrinin itkin düşmüş oğlu tapılıb
# 08 iyun 2012 14:59 (UTC +04:00)
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu Bakı şəhərində tapılaraq yaxınlarına təhvil verilib.

Qeyd edək ki, S. Xəlilov dünən səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Daxil olan məlumat əsasında S. Xəlilovun axtarışlarına başlanıb.

S. Xəlilov xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğludur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR