Azərbaycan şərabları Fransada nümayiş olunacaq

Azərbaycan şərabları Fransada nümayiş olunacaq
# 14 may 2012 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 20-də Oserdə (Fransa) «Oserin üzüm gülləri» adlı beynəlxalq şərab festivalı keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, əsasən Fransanın Burqundiya regionunun şərabları nümayiş olunan bu festivalda 15-17 min nəfərin iştirakı gözlənilir. Festival çərçivəsində Azpromo və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən Azərbaycanın müvafiq şərab stendinin, həmçinin milli mətbəxinin nümayişi və muğam triosunun konserti təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR