Kürdəmir rayonunda taxıl sahəsi yanıb
07 iyun 2012 09:35 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda taxıl sahəsi yanıb. APA-nın məlumatına görə, hadisə Şilyan kənd sakinlərinə məxsus taxıl sahəsində qeydə alınıb. Yanğın zamanı 10 hektar biçilməmiş taxıl sahəsi yanıb, kənd sakinlərinin, eləcə də rayon yanğından mühafizə hissəsinin maşın və canlı qüvvəsinin köməyi ilə 190 hektar taxıl sahəsi alovdan mühafizə edilib. Digər yanğın hadisələri isə Atakişili, Topalhəsənli və Xırdapay kəndlərində qeydə alınıb. Bu kəndlərdə ümumilikdə 15 hektar quru ot və kol-kos yanıb. Yanğınsöndürənlər alovun yaşayış məntəqələrinə tərəf hərəkətinin qarşısını alıblar. Yanğın hadisələrinin baş vermə səbəbləri araşdırılır.
Hadisə
Bakıda kişi bıçaqlanaraq küçəyə atılıb
04:20
26 may 2024
Sabirabad sakininə buraçla xəsarət yetirilib
00:05
26 may 2024
Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
23:02
25 may 2024
Nardaranda "Daçnik" çimərliyinin çirklənməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib - FOTO
22:53
25 may 2024