ABŞ İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həlli üçün imkan olduğunu hesab edir

ABŞ İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həlli üçün imkan olduğunu hesab edir
# 27 avqust 2012 07:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. ABŞ İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həlli üçün hələ də fürsət olduğunu hesab edir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin sözçüsü Tomi Vitor “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin sülh yolu ilə həlli üçün zaman var: “İranın nüvə fəaliyyətlərini AEBA-nın yoxlaması lazımdır. Ağ Ev İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həll olunacağına ümid edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR