Cənubi Koreya İrandan neft idxalını dayandırır

Cənubi Koreya İrandan neft idxalını dayandırır
# 26 iyun 2012 13:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Cənubi Koreya iyulun 1-dən etibarən İrandan neft idxalını dayandıracağını açıqlayıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, rəsmi Seul buna səbəb kimi Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin bu il yanvarın 23-də Brüsseldəki toplantıda qəbul etdiyi qərarı, yəni iyulun 1-dən etibarən İrandan neft idxalına qoyulmuş qadağanın qüvvəyə minəcəyini göstərib. Belə ki, İran neftinin ən böyük alıcılarından biri olan Cənubi Koreya İran neftini daşıyan gəmilərin sığortalanmaması səbəbindən bu ölkədən neft idxalını dayandırmaq məcburiyyətində qaldığını bildirib. Rəsmi Seul iyulun 1-dən İran neftini daşıyan gəmiləri sığortalayan Avropa sığorta şirkətlərinə də sanksiya tətbiq olunacağından başqa alternativlər axtardığını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR