Əli Həsənov: “Düşünürük ki, bu rəy Venesiya Komissiyasına təqdim olunan qanunun tərcüməsindəki təhriflər nəticəsində formalaşıb”

Əli Həsənov: “Düşünürük ki, bu rəy Venesiya Komissiyasına təqdim olunan qanunun tərcüməsindəki təhriflər nəticəsində formalaşıb”
# 17 oktyabr 2012 08:24 (UTC +04:00)
Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyasının “Dini etiqad azadlığı haqqında” qanuna verdiyi rəylə bağlı APA-nın sualına cavab olaraq deyib: “Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn müəyyən terminologiyalar və müəyyən formullar düzgün tərcümə olunmadığına görə müəyyən anlaşılmazlıq yaradır. Bununla bağlı biz Venesiya Komissiyasına lazımı arayış hazırlamışıq. Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR