SAM direktorunun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdə olacaq

SAM direktorunun başçılıq etdiyi nümayəndə heyəti Ankarada rəsmi səfərdə olacaq
# 30 iyun 2012 10:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə iyulun 2-də Ankarada rəsmi səfərdə olacaq.

SAM-dan APA-ya verilən məlumata görə, səfər müddətində F. Məmmədovun Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə müzakirəli görüş nəzərdə tutulur.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi arasında imzalanan protokola əsasən iki tərəf arasında davamlı müzakirəli görüşlər keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR