“Bank of Baku” müştəriləri bayram günlərində də ödəniş edə biləcəklər

“Bank of Baku” müştəriləri bayram günlərində də ödəniş edə biləcəklər
# 19 mart 2012 16:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Bank of Baku» Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, 20-26 mart 2012-ci il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, «Bank of Baku»nun filialları önündə fəaliyyət göstərən ödəniş terminalları həftənin 7 günü 24 saat rejimində, tərəfdaş mağazalardakı terminallar isə müvafiq iş rejimində ödənişləri həyata keçirmək üçün müştərilərin xidmətində olacaq.

Ödəniş terminallarının ətraflı siyahısını bankın http://www.bankofbaku.com/az/network-of-offices/adresses-of-cashin.html ünvanlı rəsmi saytından əldə etmək olar. Müştərilər habelə «Bank of Baku»nun rəsmi saytında onlayn qaydada ödənişlər edə bilərlər. Eyni zamanda 22, 23, 24 və 26 mart 2012-ci il tarixlərdə “Xəqani” filialında yalnız ödəniş terminalları vasitəsilə saat 09:00-19:00-dək ödənişlər qəbul ediləcək. Bayram günlərində ediləcək bütün ödənişlər sistemdə martın 27-də əks ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR