Alim Qasımovun konserti təxirə salınıb

Alim Qasımovun konserti təxirə salınıb
# 28 iyun 2012 11:28 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın xalq artisti, muğam ustası Alim Qasımovun iyunun 30-da Bakıda açıq səma altında keçirilməsi nəzərdə tutulan konserti təxirə salınıb. Konsertin təşkilatçısı, “SƏS Organization”un rəhbəri Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, konsertin təxirə salınmasına səbəb Alim Qasımovu müşayiət edəcək digər ölkə musiqiçilərinin məşqə gəlməməsidir: “Alim Qasımov hər konsertində dəyişiklik etməyi sevir. Bu konsertində onu bir çox ölkələrdən olan yığma musiqi qrupu müşayiət etməli idi. Həmin musiqiçilərin çox az qismi məşqə gəldi. Alim müəllim də konsertin təxirə salınmasını istədi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR