“Eurovision” müsabiqəsi iştirakçılarına İçərişəhərlə bağlı xatirə hədiyyələri təqdim edilib - FOTOSESSİYA

“Eurovision” müsabiqəsi iştirakçılarına İçərişəhərlə bağlı xatirə hədiyyələri təqdim edilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 may 2012 14:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda olduqları müddətdə “Eurovision” mahnı müsabiqəsinin iştirakçılarının və onlarla birgə ölkəyə gəlmiş nümayəndə heyətləri üzvlərinin Bakının qədim mərkəzi olan İçərişəhərə maraq göstərdiklərini nəzərə alaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Eurovision” mahnı müsabiqəsinin nümayəndə heyətlərinə xatirə hədiyyələri təqdim edilib. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qədim İçərişəhərin tarixini və mədəniyyətini özündə əks etdirən məlumatlarla zəngin olan hədiyyələrlə yanaşı, müxtəlif dövrlərdə İçərişəhərə həsr edilmiş musiqi parçalarını özündə cəmləşdirən “İçərişəhər Jazz” diski də hədiyyə edilib.
Bununla yanaşı xarici jurnalistlərin məlumatlandırılması üçün ”Bakı Kristal Zalı"nın (“Baku Crystal Hall”) Mətbuat Mərkəzində “İçərişəhər” və “Qala” qoruqları barədə müxtəlif təbliğat materialları yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR