Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesinin ilk 20 günündə 37 mln. manat ödənilib - FOTO

Azərbaycanda SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesinin ilk 20 günündə 37 mln. manat ödənilib - <font color=red>FOTO</font>
# 21 iyun 2012 10:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 1-də başlanılan keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 20 günlük nəticələri açıqlanıb. «APA-Economics»in xəbərinə görə, ödəmələrin verilməsini həyata keçirən «Kapital Bank»ın İdarə Heyətinin sədr müavini, bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bəyan edib ki, həmin dövr ərzində banka 180 mindən artıq ərizə daxil olub.

Bundan 177 462 ərizəsi birbaşa ödəmələrin verilməsi, 3 140 ərizə isə itmiş əmanət kitabçalarının bərpa edilməsi ilə bağlı olub. Verilən ərizələrin 105,5 mini artıq emal edilib və bundan 63 167 ərizə üzrə ödəniş aparılıb, 27 min ərizə üzrə isə qərar verilib. A.Əliyevin sözlərinə görə, əmanətlər üzrə birdəfəlik ödəmələrin həcmi 37 mln. manat təşkil edib. Qeyd edilib ki, bank tərəfindən gündə 14-15 min ərizə qəbul olunur.

A.Əliyev ödənişlərin aparılması müddəti ilə bağlı yaranan narazılığa da aydınlıq gətirib: «Məlum olduğu kimi, ərizələrin baxılması və qərarın çıxarılması müddəti 5 gün nəzərdə tutulub, lakin müəyyən hallarda bu müddət üzrə gecikmələr olur və bununla bağlı narazılıq yaranır. Bildirmək istəyirəm ki, həmin gecikmələr yalnız sənədlərdə, ərizələrdə problemlərlə, arxiv sənədlərin axtarılması və bu kimi məsələlərlə bağlı olur. Bu gecikmələr kütləvi xarakter daşımır və yalnız sənədlərdə olan problemlərin araşdırılması ilə əlaqəlidir».

O həmçinin bildirib ki, Mərkəzə birdəfəlik ödəmələrin alınması prosesində batk işçiləri tərəfindən müəyyən pul alındığı barədə məlumatlar daxil olsa da, bu müraciətlər təsdiqini tapmayıb. Ümumiyyətlə hər hansı xoşagəlməz halın qarşısını almaq məqsədi ilə bankın yerlərdəki məntəqələrində rotasiya prinsipi həyata keçirilir və hər 10 gündən bir ödəmələrlə məşğul olan işçi heyətinin tərkibi dəyişir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR