Sabah Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 03 may 2012 15:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq mayın 4-də saat 09:00-dan 19:00-dək “Dilman-Şərədil” xətti istisna olmaqla “Şamaxı” və “Çuxuryurd” Avtomatik Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla, rayonun Çuxuryurd, Nağaraxana, Məlhəm və Əngixaran kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR