“Calgary Herald” qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklər barəsində məqalə dərc olunub
26 mart 2012 18:09 (UTC +04:00)
Bakı-APA. Kanadada nəşr olunan “Calgary Herald” qəzetində Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyevin “Vəhşilik bütün dünyada ifşa olunmalıdır” (Atrocities should be condemned world wide) başlıqlı məqaləsi dərc olunub. Bu barədə APA Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir.
Bu məqalə Xocalı ilə bağlı həqiqətləri inkar edən Ermənistanın Kanadadakı səfiri Armen Yeganyanın “Təhrikedici ritorika sülhlə nəticələnməyəcək” başlıqlı məqaləsinə cavab olaraq dərc olunub. Qeyd olunmalıdır ki, Kanadanın Kalqari şəhərinin meri Nahed Nenşinin (Naheed Nenshi) Xocalı faciəsinin tanınması ilə bağlı bəyanat qəbul edib.
Münaqişənin ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionuna iddia irəli sürmələri nəticəsində başladığını və təqribən 30 min insanın həyatına son qoyduğunu bildirən səfir F.Şəfiyev BMT-nin TŞ tərəfindən qəbul edilmiş qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün tanındığını və həmin qətnamələrdə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasının tələb olunduğunu oxucuların diqqətinə çatdırıb.
Azərbaycanlıların ermənilər tərəfindən etnik təmizlənməyə məruz qaldığı və erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsinin buna bir misal olması məqalədə xüsusilə vurğulanıb. Məqalədə Xocalıda baş verənlərin bir sıra beynəlxalq təşkilatlar və jurnalistlər tərəfindən qeydə alındığını və Xocalı faciəsinin ermənilər tərəfindən törədildiyinin sübut olunduğu göstərilib.

Xarici siyasət
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
16:22
21 may 2024