Azərbaycanda “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsi yaradılıb
08 iyun 2012 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin birgə əmri ilə Azərbaycanda standartlaşdırma üzrə “Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika” Texniki Komitəsi (TK 11) yaradılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, TK 11 torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində təhkim edilmiş fəaliyyət sahələri üzrə milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.
Texniki Komitənin strukturuna “Torpaqların qiymətləndirilməsi”, “Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr”, “Geoməkan xidmətləri”, “Kadastr informasiyasının menecmenti və informasiya cəmiyyəti”, “Obrazlar”, “Geodeziya və kartoqrafiya” alt komitələri daxildir. Üzv təşkilatlar siyahısına müvafiq fəaliyyət sahəsinə malik mərkəzi icra hakimiyyəti orqanları, dövlət müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat institutları, ali təhsil müəssisələri və bir sıra şirkətlər daxil edilib.
TK-nın funksiyalarına torpaqların qiymətləndirilməsi, yerquruluşu, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin olunması, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırılma üzrə planların, habelə dövlət standartlarının işlənib hazırlanması, mövcud standartlara əlavə və dəyişikliklərin edilməsi və onların ləğvinə dair təkliflər hazırlayaraq təsdiq edilmək üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsi daxildir.

İnfrastruktur
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024
Valeh Ələsgərov: İnvestisiya təkliflərində öncə layihələrin ekoloji dayanıqlığına diqqət edirik
15:31
17 may 2024
Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək
15:17
17 may 2024