Əcnəbi qadınları cinsi istismar məqsədilə Azərbaycana gətirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı ifşa olunub

Əcnəbi qadınları cinsi istismar məqsədilə Azərbaycana gətirməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı ifşa olunub
# 11 aprel 2012 10:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Əcnəbi qadınları cinsi istismar məqsədilə Azərbaycana gətirilməsi faktı aşkar edilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib.

Məlumata görə, aprelin 7-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Özbəkistan Respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ev 9A, mənzil 4-də müvəqqəti pasport qeydiyyatında olan və yaşayan İqraşeva Gülruh Şaləddin qızının Özbəkistan vətəndaşı olan qadınları Azərbaycana gətirərək cinsi istismara məruz qoyması faktı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR