Yaroslavl Dram Teatrının kollektivi Bakı səhnəsində çıxış edəcək

Yaroslavl Dram Teatrının kollektivi Bakı səhnəsində çıxış edəcək
# 07 mart 2012 12:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiya Federasiyasının Yaroslavl Akademik Teatrının kollektivi Bakı səhnəsində çıxış edəcək. APA-nın məlumatına görə, teatr truppasının iyunun 30-dan iyulun 5-nə qədər Bakıya nəzərdə tutulan qastrollarına həsr olunmuş görüş keçirilib.

Yaroslavl Teatrının direktoru Yuri İtin deyib ki, bugünkü səfərin əsas məqsədi Bakı tamaşaçıları ilə tanışlıqdır: “Bizim üçün burada başa düşülmək çox vacibdir. Belə ki, Bakıya ən yaxşı tamaşalarımızı gətiririk. Biz asan yolla getmirik və tamaşaçıları düşünməyə vadar edən ciddi, bəzən hətta ağır tamaşalar təqdim edirik. Bunlar həm cəlb olunmuş aktyorların sayına, həm də dekorasiyalarına görə geniş miqyaslı tamaşalardır. Bu tamaşalar sayəsində biz Bakı tamaşaçısını hiss edə və bizi narahat edən şeyləri onlara çatdıra bilərik”.

Yaroslavl Teatrının direktor müavini və Volkovski festivalının bədii rəhbəri Olqa Nikiforova bildirib ki, Yaroslavl Teatrı Rusiyanın ilk teatrıdır, Bakı səfəri isə rus teatrlarının MDB və Baltik ölkələri ilə qastrol səfərləri mübadiləsi layihəsinin bir hissəsidir. Qastrolun repertuarına toxunan O. Nikiforova Bakıda Leonid Andreyevin “Yekaterina İvanovna”, Anton Çexovun “Atasız” tamaşası və bir qədər yüngül olan “Həyatımızın mahnıları” adlı tamaşa-konsertin nümayiş olunacağını söyləyib.

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski isə qeyd edib ki, teatr bu ili sentyabrında Volkovski Teatr Festivalında iştiraka dəvət alıb: “Biz Yaroslavla Azərbaycan klassikasından “Misyö Jordan”ı, “Fyodr” tamaşasını və digər tamaşaları aparacağıq. Gələcəkdə Yaroslavl Teatrı ilə əməkdaşlığımıza çox ümid edirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR