Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti kiçik Həcc ziyarətinə gedəcək
03 may 2012 11:26 (UTC +04:00)
Bu barədə APA-ya MM-in mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Sahibə Qafarova, İmamverdi İsmayılov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər zamanı nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Sədri Abdullah bin Məhəmməd bin İbrahim Al Şeyxlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri və ölkənin digər rəsmi şəxsləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Burada keçiriləcək görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanunvericilik sahəsində təcrübə, informasiya mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Milli Məclisin nümayəndə heyəti Şura Məclisinin fəaliyyəti ilə yaxından tanış olacaq, Məclisin iclasında iştirak edəcək.
Səfər müddətində nümayəndə heyəti Ciddə və Mədinə şəhərlərində olacaq, buradakı müqəddəs yerləri ziyarət edəcəklər.
Qeyd edək ki, parlament nümayəndə heyətinin edəcəyi ziyarət Ümrə – kiçik Həcc ziyarəti adlanır.

Xarici siyasət
Deputat: Fransanın müstəmləkə siyasətinə qiymət verən olmayıb, Prezident İlham Əliyev ifşa etdi
20:21
16 may 2024
Kobaxidze: Azərbaycanla Ermənistanın sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq
19:45
16 may 2024
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
19:26
16 may 2024
Latviyada Azərbaycanla diplomatik münasibətlərin ildönümü ilə bağlı rəsmi qəbul keçirilib
18:31
16 may 2024