İran 60 ölkə ilə viza rejimini aradan qaldırmaq istəyir

İran 60 ölkə ilə viza rejimini aradan qaldırmaq istəyir
# 24 avqust 2012 12:36 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran dünyanın 60 ölkəsi ilə viza rejimini qaldırmağı planlaşdırır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Mədəni Miras və Turizm Nazirliyinin məsləhətçisi Məhəmmədcavad Ədəbi bildirib. Onun sözlərinə görə, bu məsələ avqustun 26-31-də İranın paytaxtı Tehran şəhərində keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI zirvə toplantısında gündəmə gətiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR