Azərbaycan noyabrda İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət alıb

Azərbaycan noyabrda İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfransa dəvət alıb
# 24 avqust 2012 07:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsrailin Azərbaycandakı səfiri Mixael Lavon-Lotemlə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səlahiyyət müddəti başa çatan və Azərbaycanda missiyasını başa vuran səfir Azərbaycan və İsrail arasında informasiya texnologiyaları sahəsindəki mövcud əlaqələri yüksək qiymətləndirərək, əlaqələrin intensivləşdirilməsi istiqamətində səylərin artırılacağına əmin olduğunu vurğulayıb.

Səfir Ə.Abbasovun cari ilin noyabr ayında İsraildə keçiriləcək kibertəhlükəsizlik üzrə beynəlxalq konfrans və sərgiyə dəvət olunduğunu bildirib. Öz növbəsində Ə.Abbasov Azərbaycan-İsrail İKT münasibətlərinin inkişafını yüksək qiymətləndirərək, İsrail şirkətlərinin İKT sektoruna yatırdıqları sərmayələrin iqtisadiyyatın inkişafında vacib rol oynayacağını bildirib.

İsrailin Yaxın Şərqdə, ümumiyyətlə, regionda İKT sahəsində aparıcı ölkə olduğunu vurğulayan nazir bu ilin noyabr ayında Bakıda keçiriləcək İnternet İdarəçilik Forumuna, həmçinin «BakuTel» sərgi-konfransına israilli həmkarını dəvət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR