Azərbaycanda bank kreditləşməsi artır

Azərbaycanda bank kreditləşməsi artır
# 04 oktyabr 2012 13:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelinin həcmi 2012-ci il sentyabrın 1-nə 10 846,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 559,3 mln. manat və ya 16,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bu ilin əvvəlindən kredit portfelinin həcmi 1 1147,8 mln. manat və ya 11,8% artıb. Avqust ayında isə kreditlər üzrə artım 331,3 mln. manat və ya 3,2% təşkil edib.

Qeyd edək ki, bu il ərzində bankların kredit portfelinin həcmində iyul istisna olmaqla davamlı artım müşahidə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR