Bu gün “Eurovision 2012” mahnı müsabiqəsinin finalıdır

Bu gün “Eurovision 2012” mahnı müsabiqəsinin finalıdır
# 26 may 2012 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, ötən gün gecə “Baku Crystal Hall”da “Eurovision 2012” müsabiqəsinin jüri finalı baş tutub.

Artıq münsiflər heyəti dünənki perfomanslara görə öz səslərini veriblər. Finalda 26 ölkənin - Böyük Britaniya, Macarıstan, Albaniya, Litva, Bosniya və Herseqovina, Rusiya, İslandiya, Kipr, Fransa, İtaliya, Estoniya, Norveç, Azərbaycan, Rumıniya, Danimarka, Yunanıstan, İsveç, Türkiyə, İspaniya, Almaniya, Malta, Makedoniya, İrlandiya, Serbiya, Ukrayna və Moldova təmsilçiləri öz perfomansını nümayiş etdirəcək. Bugünkü şou xüsusi olaraq hazırlanıb. Dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun ifası milyonlarla tamaşaçını valeh edəcək. Ötən il Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov və Nigar Camal «Running scared»i ifa edərək, hər kəsi bir daha həyəcanlandıracaq. İfaçı-bəstəkar Emin Ağalarovun interval aktında çıxışı zamanı onun səhnəyə yüksəklikdən enməsi maraqla qarşılanacaq. Bir faktı da qeyd etməyə dəyər ki, finalın əsas məşqi zamanı tamaşaçı zalı dolu olub.

Əlavə edək ki, Mətbuat Mərkəzində jurnalistlər və fanatlar arasında aparılan səsvermə də Azərbaycan 2189 səslə siyahıya başçılıq edir. Sırada 2-ci Türkiyə, 3-cü İsveç, 4-cü İspaniya, 5-ci Kipr, 6-cı Rusiya, 7-ci Rumıniya, 8-ci İtaliya, 9-cu Yunanıstan, 10-cu Almaniyadır.

Bugünkü final şousu dünyanın 46 ölkəsində canlı yayımlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR