Cenevrədə İranda azlıqların hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
12 mart 2012 07:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Martın 14-də İsveçrənin Cenevrə şəhərində BMT-də Təmsil Olunmayan Dövlətsiz Millətlər və Xalqlar Təşkilati (UNPO) və Azlıqların Hüquqlarının Müdafiəsi Qrupunun (MRG) təşkilatçılığı ilə “İranda azlıqların hüquqları” mövzusunda beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, toplantının əsas müzakirə mövzusu bu ölkədə yaşayan milli və dini azlıqların haqlarının pozulması məsələsi olacaq. Konfransın əsas məruzəçiləri – MRG-nin icraçı direktoru Mark Lattimer, Beynəlxalq Əfv Təşkilatının (“Amnesty İnternational”) təmsilçisi Antonio Bertsincer, İranda Azərbaycanlıların Hüquqlarının Müdafiəsi Assosiasiyasının (ADAPP) rəhbəri Faxtə Luna Zamani, Əhvaz İnsan Haqları Təşkilatının sədri Kərim Əbdiyan və Bəluçistan Xalq Partiyasının nümayəndəsi Monirə Süleymanidir.
Asiya
XİN: Tayvanın Çinin ayrılmaz hissəsi olması faktı gələcəkdə də dəyişməyəcək
17:24
23 may 2024
Hindistanda fabrikdə partlayış olub, 34 nəfər xəsarət alıb
14:26
23 may 2024
Çin Tayvan ətrafında təlimlərə 15 döyüş gəmisi və 42 reaktiv təyyarə cəlb edib
13:37
23 may 2024
Cənubi Koreya, Çin və Yaponiya liderlərinin Seulda üçtərəfli görüşü keçiriləcək
12:18
23 may 2024