Ukrayna yığması futbol üzrə Avropa çempionatında İsveçi məğlub edib

Ukrayna yığması futbol üzrə Avropa çempionatında İsveçi məğlub edib
# 11 iyun 2012 22:38 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə 14-cü Avropa çempionatında ilk turun oyunları başa çatıb. Sonuncu görüşdə D qrupunda yer alan Ukrayna və İsveç yığmaları Kiyevdə üz-üzə gəliblər. Oyun 2:1 hesabı ilə ukraynalıların xeyrinə başa çatıb. Topları 55 və 62-ci dəqiqələrdə Şevçenko və 52-ci dəqiqədə İbrahimoviç vurublar. Komandalar görüşdə aşağıdakı heyətdə çıxış ediblər - Ukrayna: Pyatov, Selin, Xaçeridi, Mixalik, Timoşşuk, Qusev, Yarmolenko, Nazarenko, Konoplyanka (Deviç), Şevçenko (Milevski), Voronin (Rotan)
İsveç: İsaksson, Lustiq, Möllberq, Qrankvist, M. Olsson, Elm, Kellstrem, Toyvonen (A. Svensson), Larsson (Vilhelmcson), İbrahimoviç, Rozenberq (Elmander)

Oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR