Şimal dənizində yeni qaz yatağı aşkarlanıb

Şimal dənizində yeni qaz yatağı aşkarlanıb
# 02 iyul 2012 13:32 (UTC +04:00)
Bakı – APA-Economics. Norveçin “Statoil” və Fransanın “Total” şirkətləri Şimal dənizində yeni qaz yatağı aşkarlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə “Statoil” açıqlama yayıb.

Yatağın ehtiyatları 11-32 mlrd. kubmetr həcmində qiymətləndirilir. Qaz ehtiyatları Şimal dənizinin Norveçə məxsus sektorunda, “Kral Lir” (“King Lear”) adlanan ərazidə aşkarlanıb.

Qeyd edək ki, bu, son 15 ayda “Statoil”un 8-ci böyük tapıntısıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR