Dağıstan Azərbaycanla hidroenergetika sahəsində əməkdaşlıq etmək istəyir
26 aprel 2012 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rusiya Federasiyasının Dağıstan Respublikasında ona yaxın layihənin icrasına başlamaq ərəfəsindədir. “APA-Economics”in xəbərinə görə, bu barədə Dağıstan baş nazirinin müavini Rizvan Qazımaqomedov bildirib.
Onun sözlərinə görə, ötən ilin noyabr ayında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Dağıstana səfəri artıq öz bəhrəsini verməkdədir: “Bu səfərdən sonra Azərbaycan Dağıstanda təxminən on layihənin icrasına başlamaq ərəfəsindədir. Layihələr əsasən aqrar sənaye kompleksini əhatə edir. Bura istixanaların tikintisi, şəkər, tomat, konserv və s. məhsulların istehsalı daxildir”.
R.Qazımaqomedov qeyd edib ki, Dağıstan və Azərbaycan kənd təsərrüfatı sahəsində, o cümlədən istixana, üzümçülük, ət və süd məhsullarının istehsalı kompleksinin tikintisində əlaqələri genişləndirməkdə maraqlıdır: “Dağıstanda artıq bu istiqamətdə bir sıra iri layihələr icra olunur və Azərbaycan bu layihələrdə iştirak edir. Tərəflər arasında mövcud əməkdaşlığın böyük perspektivləri mövcuddur”.
Baş nazirin müavini Dağıstanın Azərbaycanla hidroenergetika sahəsində əməkdaşlıqda da maraqlı olduğunu vurğulayıb: “Samur bizim ümumi çayımızdır və biz onun resurslarından rasional istifadə etməliyik. Nəqliyyat-logistika sahəsində də əməkdaşlıq edə bilərik. Şimal-Cənub nəqliyyat dəhlizi həm Dağıstan, həm də Azərbaycan ərazisindən keçir. Bu dəhliz çərçivəsində həm Azərbaycan, həm də Dağıstan ərazisində logistik terminalların yaradılması məqsədəuyğun olardı. Bu gün keçirilən Azərbaycan-Dağıstan işgüzar görüşündə bu məsələlər ətraflı müzakirə olunacaq”.

Sənaye və energetika
Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
12:34
18 may 2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
10:41
18 may 2024
Dünya bazarlarında neftin qiyməti 84 dollara yaxınlaşıb
09:29
18 may 2024
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024