Bakıda Azərbaycan və Özbəkistan arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək

Bakıda Azərbaycan və Özbəkistan arasında ikitərəfli məsləhətləşmələr keçiriləcək
# 17 sentyabr 2012 09:12 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Sentyabrın 18-də Bakıda Azərbaycan və Özbəkistan arasında ikitərəfli məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək. APA-nın Özbəkistan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində olacaq. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

Xatırladaq ki, bu ilin oktyabrında Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana səfəri planlaşdırılır. O, Azərbaycan-Özbəkistan hökumətlərarası əməkdaşlıq komissiyasının toplantısına qatılacaq. Komissiyanın sonuncu – 9-cu iclası 2010-cu ilin sentyabrında Daşkənddə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR