Rusiya ictimai araşdırmalar mərkəzi: “Rusiya vətəndaşlarının prezident və baş nazirə etibarı azalıb”

Rusiya ictimai araşdırmalar mərkəzi: “Rusiya vətəndaşlarının prezident və baş nazirə etibarı azalıb”
# 10 avqust 2012 13:20 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiya xalqınının hakim komandaya inamı azalıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın ictimai araşdırmalar mərkəzi “FOM”un apardığı rəy sorğusuna görə, Rusiya vətəndaşları prezident Vladimir Putin və baş nazir Dmitri Medvedyevə daha az etimad göstərir.
“FOM”un araşdırmalarına görə, Rusiyada son prezindent seçkilərinin keçirildiyi mart ayında Rusiya vətəndaşlarının 55 faizi Vladimir Putinə etibar edirdisə, bu rəqəm iyun ayında 47 faizə, avqust ayında isə 44 faizə enib. Xalqın Dmitri Medvedevə inamı isə iyun ayında 45 faiz olub. Bu rəqəm avqustda isə 39 faiz təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR