Pakistanda xəstəxanada törədilən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Pakistanda xəstəxanada törədilən partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb
# 08 avqust 2016 21:28 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Pakistanda xəstəxanada törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində 100-dək insan həlak olub.

Partlayıcı qurğu bundan əvvəl qətlə yetirilən tanınmış vəkil Bilal Ənvər Kasi ilə vidalaşma zamanı işə düşüb. İlkin ehtimala əsasən, partlayışı terrorçu-kamikadze törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR