Rusiya energetika naziri: “Dohada razılaşma fərqli yanaşma səbəbindən əldə edilmədi”

Rusiya energetika naziri: “Dohada razılaşma fərqli yanaşma səbəbindən əldə edilmədi”
# 18 aprel 2016 01:01 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı və İran neft hasilatının "dondurulması" ilə bağlı razılığın əldə edilməməsində günahkar deyillər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya energetika naziri Aleksandr Novak bəyan edib.

“Düşünürəm ki, razılaşma şərtlərə dair fərqli yanaşma səbəbindən əldə edilmədi. O ki qaldı bilavasitə hasilatın “dondurulmasına”, Səudiyyə Ərəbistanı başda olmaqla, bütün ölkələr bunun məqsədəuyğun addım olduğunu təsdiqlədi. İrana qarşı ittihamlar isə tam əsassizdır. Ən azı ona görə ki, bu ölkə danışıqlarda iştirak etmirdi”, deyə A.Novak bildirib.

Qeyd edək ki, aprelin 17-də OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gəlməyiblər. Məsələ ilə bağlı növbəti görüş bu ilin iyununda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR