Rövnəq Abdullayev: "Çin OGPC layihəsinə böyük maraq göstərir"

Rövnəq Abdullayev: "Çin OGPC layihəsinə böyük maraq göstərir"
# 14 mart 2016 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakının Qaradağ rayonunda reallaşdırılan Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (OGPC) işlənməsi davam edir.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Layihənin reallaşması dayandırılmayıb. Bilirsiniz ki, SOCAR Yaponiya şirkətləri ilə danışıqlar aparır. Bundan başqa, Çin şirkətləri, o cümlədən Çinin "Eximbank"ı layihəyə çox böyük maraq göstərir. SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanovun sözlərini mətbuatda yanlış təqdim etmişdilər. Sadəcə olaraq, SOCAR-ın və "Mitsui" şirkətinin ekspert qrupu layihə üzərində çalışırdı. Lakin biz "Mitsui" şirkətinin təkliflərində səmərə görmədik və yapon şirkəti ilə işləri dayandırdıq. Biz bildirdik ki, "Mitsui" təkliflərini bir daha nəzərdən keçirsin. Hansı şirkətin təklifi daha məqsədəuyğun olarsa, biz onunla əməkdaşlıq etməyə hazırıq", - deyə R. Abdullayev qeyd edib.

Qeyd edək ki, bundan öncə SOCAR-ın vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib ki, OGPC layihəsinin reallaşdırılması müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR