Azərbaycan enerji istehsalını 10%-ə yaxın azaldıb

Azərbaycan enerji istehsalını 10%-ə yaxın azaldıb
# 04 aprel 2016 11:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayında Azərbaycanın enerji sistemində 1,9 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 9,52% azdır. Ötən ilin mart ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib

Bu ilin I rübü ərzində isə 5,9 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,35% azdır. 2015-ci ilin yanvar-mart ayları ərzində isə 6,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR