Milli Məclisin iclasına bir qrup uşaq qatılıb

Milli Məclisin iclasına bir qrup uşaq qatılıb
# 31 may 2016 11:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi günü ilə əlaqədar Milli Məclisin bu gün keçirilən iclasına bir qrup uşaq qatılıb.

APA-nın məlumatına görə, 20-yə qədər uşaq iclası izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: “Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında Milli Məclisdə təmsil olunan nümunəvi deputatlar çıxacaq”.

Uşaqlar öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR