Bakıda yaşayış binasında yanğın baş verib, 2 nəfər xilas edilib, 17 sakin təxliyə olunub

Bakıda yaşayış binasında yanğın baş verib, 2 nəfər xilas edilib, 17 sakin təxliyə olunub
# 21 aprel 2016 19:23 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 5 otaqlı mənzildə baş verib.

Yanğın nəticəsində, mənzilin 1 otağında 5 kv.m sahədə yumşaq mebel dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildə olan 2 nəfər xilas edilib və təhlükəsizlik məqsədilə binadan 17 nəfər sakin təxliyə olunub. Yanğından mənzil mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR