Azərbaycan təbii qaz ixracından gəlirlərini 33% artırıb

Azərbaycan təbii qaz ixracından gəlirlərini 33% artırıb
# 18 mart 2016 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, ötən iki ay ərzində gömrük bəyannamələri əsasında 44 777,66 min ABŞ dolları dəyərində 301 023,43 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 26,25% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 33,18% çoxdur.

2016-cı ilin yanvar-fevral ayları ərzində 1 459,19 min dollar dəyərində 29 809,75 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, 2015-ci ilin eyni ayları ilə müqayisədə 19,93% azdır. Məbləğ dəyərində isə bu rəqəm bir ildə 24,47% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR