Şəmkirdə avtomobildən 40 min manat oğurlamaq istəyən şəxs saxlanılıb

Şəmkirdə avtomobildən 40 min manat oğurlamaq istəyən şəxs saxlanılıb
# 26 fevral 2016 09:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəmkirdə avtomobildən xeyli miqdarda pul oğurlamaq istəyən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 25-də Şəmkir rayonunun 20 Yanvar küçəsində rayon sakini Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.


Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR