Goranboy sakini intihara cəhd edib

Goranboy sakini intihara cəhd edib
# 27 aprel 2016 16:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Goranboy rayonunda qadın intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Goranboy rayonunun Xoylu kənd sakini, 1952-ci il təvəllüdlü Gülgəz Axundova ağır zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, G. Axundova intihar etmək üçün gəmiricilər əleyhinə istifadə edilən zəhər qəbul edib və zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR