Türkiyədə qətl törətmiş şəxs Azərbaycanda tutulub

Türkiyədə qətl törətmiş şəxs Azərbaycanda tutulub
# 18 mart 2016 10:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Türkiyədə adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda tutulub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə Cinayət Məcəlləsinin 81-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Türkiyə vətəndaşı Sunmez Mehmet Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR