Baş həkim: “Böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”

Baş həkim: “Böyrək xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”
# 04 avqust 2016 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son illər Azərbaycanda böyrək xəstəlikləri, xüsusən ana və hamilələrdə böyrək çatışmazlığı xeyli artıb. APA-nın xəbərinə görə, Respublika Klinik Xəstəxananın baş həkimi Telman İbadov deyib. Baş həkim qeyd edib ki, əgər 4-5 il öncə Azərbaycanda 500 nəfər dializ müalicəsi alırdısa, bu gün onların sayı 3 mindən çoxdur.

Onun sözlərinə görə, hazırda Respublika Klinik Xəstəxanada 130 nəfər dializ xəstəsi qeydiyyatdadır. T. İbadov vurğulayıb ki, il ərzində xəstəxanaya ən çox ürək-damar, mədə, böyrək xəstəlikləri ilə bağlı müraciətlər daxil olur.

Baş həkim onu da bildirib ki, xəstəxanada ölüm faizi çox aşağıdır: “Hər 1000 xəstəyə 4 ölüm düşür ki, bu da inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR