Ukraynanın Xerson vilayətində minalanmış avtomobil zərərsizləşdirilib

Ukraynanın Xerson vilayətində minalanmış avtomobil zərərsizləşdirilib
# 23 aprel 2016 02:23 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Xerson vilayətində içərisində partlayıcı qurğu yerləşdirilən avtomobil aşkar edilib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hadisə yerində operativ-istintaq qrupu və mütəxəssislər işləyir.

Qeyd edək ki, aprelin 14-də Xerson vilayətinin Novoalekseyevka qəsəbəsində içərisində partlayıcı qurğu yerləşdirilən avtomobilin partladılması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Partlayıcı qurğunun gücü trotil ekvivalenti ilə 6,5 kiloqram təşkil edib. İnsident terror aktı kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR