Azərbaycan kulinarları növbəti beynəlxalq yarışdan mükafatlarla qayıdıblar

Azərbaycan kulinarları növbəti beynəlxalq yarışdan mükafatlarla qayıdıblar
# 29 fevral 2016 13:50 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan Milli Kulinariya Mərkəzinin beynəlxalq çempionatlarda etdiyi uğurlu çıxışa həsr edilmiş mətbuat konfransı təşkil edilib.

Türkiyənin İstanbul şəhərində və Maltada təşkil olunmuş bu yarışlarda ölkəmizi təmsil etmiş heyət komanda və fərdi şəkildə mübarizə aparıb. Kulinarlarımızın müsabiqədə təqdim etdiyi bütün xörəklər “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Super Sun” və “Zeytun bağları” yağlarının istifadəsi ilə hazırlanıb. Milli Kulinariya Komandamızın beynəlxalq festivallarda və yarışlarda əldə etdiyi uğurlu nəticələrdə də çox böyük rol oynayan bu yağlar ilə hazırlanmış yeməklər gözəl tamı ilə növbəti dəfə hər kəsin rəğbətini qazanıb. Kulinarların bildirdiyinə görə, yarışda uğurun əldə olunmasında “Azərsun Holdinq” tərəfindən istehsal olunan bu məhsullar xüsusi rol oynayıb.

Qeyd edək ki, ölkəmizi təmsil edən kulinarlar vətənə 1 qızıl, 4 gümüş, 13 bürünc medal ilə qayıdıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR