Memar Fazil Məmmədov vəfat edib

Memar Fazil Məmmədov vəfat edib
# 12 avqust 2016 15:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Memar Fazil Məmmədov dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, memar uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, F. Məmmədov 1949-cu ildə Bakıda anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə, o cümlədən Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR