Bakıda keçirilən VII Qlobal Forumunda İKGF-nin sərgisi keçirilib

Bakıda keçirilən VII Qlobal Forumunda İKGF-nin sərgisi keçirilib
# 27 aprel 2016 08:13 (UTC +04:00)

Bakı-APA. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşkilatçılığı ilə “İdeyalar Marketi” adlı tədbirdə daha öncə keçirilmiş “Photo4Tolerance” beynəlxalq layihəsinin təqdimat sərgisi açılıb.

İKGF-dən APA-ya verilən məlumatda bildirilib ki, 2014-cü ildən etibarən İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalararası Alyansının imzaladığı “Fəaliyyət Planı”na uyğun birgə əməkdaşlıq üzrə keçirilən “Photo4Tolerance” layihəsi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan gənc fotoqraflar müsabiqəyə dünya dinlərin humanist ideyalarını özündə əks etdirən 1000-ə yaxın fotorəsm göndəriblər. Bu rəsmlərin ən yaxşıları ötən illərdə bir neçə dəf keçirilmiş “Photo4Tolerance” və “Photo4Tolerance+” (plyus) sərgiləri çərçivəsində mükafatlandırılmış, müsabiqə davamlı xarakter alıb.

Bu layihənin əsas məqsədi dünyada tolerantlıq və multkulturalizm ideyalarının yayılması və təbliği olub. Bakıda keçirilən fotosərgi bir sıra yerli və xarici iştirakçıların diqqətini çəkib, nümayiş etdirilən şəkillər müzakirələrə səbəb olub.

Qeyd edək ki, “Photo4Tolerance” layihəsi İKGF, Azərbaycan hökuməti və BMT Sivilizasiyalar Alyansının imzaladığı “Fəaliyyət Planı”nına daxil üç beynəlxalq layihənin biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR