Milli Ensiklopediyanın hazırlanması və nəşrində xidmətlərə görə təltif olunmuş şəxslərə fəxri adlar təqdim olunub

Milli Ensiklopediyanın hazırlanması və nəşrində xidmətlərə görə təltif olunmuş şəxslərə fəxri adlar təqdim olunub
# 29 dekabr 2015 13:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 50 illik yubileyi münasibətilə Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşrində xidmətlərə görə Azərbaycan prezidenti tərəfindən təltif olunmuş əməkdaşlara fəxri adlar təqdim olunub. APA-nın xəbərinə görə, fəxri adların təqdimetmə mərasimində AMEA prezidenti, akademik Akif Əlizadə, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev və başqa şəxslər iştirak ediblər.

A. Əlizadə çıxışında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi haqda tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, Milli Ensiklopediyanı çapa hazırlamaq, xalqa təqdim etmək böyük məsuliyyətdir: “Ölkə başçısı İlham Əliyevin 50 illik yubiley münasibətilə sizi təltif etməsi onun “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir”.

AMEA prezidenti Milli Ensiklopediyanın elektron versiyasının hazırlanmasının vacibliyini qeyd edib: “Milli Ensiklopediyanın ingilis dilində versiyasını da yaratmaq lazımdır. Çünki bu gün dünya təhsilində, dünya elmində ingilis dili üstünlük təşkil edir. Biz bu il doktoranturaya qəbulu test üsulu ilə, İELTS və TOEFL-la apardıq”.

Sonda A. Əlizadə fəxri adları təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR