Baş katib: "NATO Rusiya ilə qarşıdurma istəmir"

 Baş katib: "NATO Rusiya ilə qarşıdurma istəmir"
# 13 fevral 2016 09:42 (UTC +04:00)

Bakı - APA. "NATO Rusiya ilə qarşıdurma istəmir".

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu bəyanatla NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxış edib.

Bununla belə, o, Rusiyanı Avropada təhlükəsizliyi təhdid etməkdə ittiham edib.

Baş katib onu da bildirib ki, NATO-ya münasibətdə Rusiyanın narahatlığını anlayır, ancaq onu bölüşmür.

Y. Stoltenberq NATO-nun Avropadakı Raket Hücumundan Müdafiə sisteminin Rusiyaya qarşı yönəlmədiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR