Neft və Qaz Korporasiyası: SOCAR Gürcüstanı qazla fasiləsiz təmin edə bilmir

Neft və Qaz Korporasiyası: SOCAR Gürcüstanı qazla fasiləsiz təmin edə bilmir
# 12 yanvar 2016 06:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bəzi hallarda SOCAR Gürcüstanı təbii qazla fasiləsiz təmin edə bilmir".

"APA-Economics"in "Georgia Online" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili bildirib.

"Qeyd etmək lazımdır ki, son dövrlər Gürcüstanda qaza tələbat xeyli artıb. Bəzən SOCAR-ın həyata keçirdiyi təbii qaz təchizatında məhdudiyyətlər olur. Bunun üçün də biz bəzi hallarda Rusiya qazının hesabına balansı qorumaq məcburiyyətindəyik", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR