Səfir: "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
# 27 fevral 2016 10:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Latviya Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir".

APA-nın məlumatına görə, bu sözləri Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində keçirilən görüşdə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

O bildirib ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır: "Münaqişə və müharibəni başlamq asan, bitirmək çətindir. Suriyada baş verənlərə baxın. Bu müharibəni dayandrımaq necə çətindir? Ona görə də məsələ sülh yolu ilə həll olmalıdır. Danışıqlar yolu ilə çox şeya nail olmaq olar".

Səfir ölkəsinin üzv olduğu Avropa İttifaqının da dünyada vacib oyunçulardan biri olduğunu, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verə biləcəyini əlavə edib.

O,ötən gün Xocalı faciəsinin 24 illiyinin qeyd edildiyini xatırladaraq ölənlərin ailələrinə başsağlığı verib.

Səfir iki ölkə arasında çox yaxşı siyasi münasibətlərin olduğunu deyib: "Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Lakin iqtisadi münasibətlərimizi istədiyimiz səviyyəyə çatdırmamışıq. Bu əlaqələri inkişaf etdirmək üçün böyük potensialımız var. Həmçinin təhsil, tibb, turizm sahəsində də daha çox iş görə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR